Qısa cavab:
Ətraflı cavab:
Allah-taala "Maidə" surəsinin 15-ci ayəsində buyurur:
یا أَهْلَ الْکِتابِ قَدْ جاءَکُمْ رَسُولُنا یُبَیِّنُ لَکُمْ کَثیراً مِمّا کُنْتُمْ تُخْفُونَ مِنَ الْکِتابِ وَ یَعْفُوا عَنْ کَثیرقَدْ جاءَکُمْ مِنَ اللّهِ نُورٌ وَ کِتابٌ مُبینٌ
"Ey kitab əhli, şübhəsiz, sizə Bizim peyğəmbərimiz gəlib ki, sizin üçün öz kitabınızdan gizlətdiklərinizin bir çoxunu bəyan edir və bir çoxuna (deməyə ehtiyac duyulmayan, keçmiş dövranlara aid olan sözlərə) göz yumur. Həqiqətən, Allah tərəfindən sizə bir nur və (özü) aydın (olan) və aydınlıq gətirən bir kitab gəlib."
Sual yaranır ki, ayədə "nur" dedikdə İslam peyğəmbəri (s) nəzərdə tutulur, yoxsa Qurani-Kərim? Bu haqda təfsir alimləri iki qismə ayrılırlar. Lakin Qurani-Kərimdə Quranı nura bənzədən müxtəlif ayələrə baxdıqda, başa düşmək olar ki, yuxarıdakı ayədəki "nur" Quran mənasında işlənmişdir. Buna görə də "kitabun mubin" ifadəsinin ona əlavə olunan “bağlayıcı” “izahlı bağlayıcıdır”.
"Əraf" surəsinin 157-ci ayəsində oxuyuruq:
فَالَّذِیْنَ آمَنُوا بِهِ وَ عَزَّرُوهُ وَ نَصَرُوهُ وَ اتَّبَعُوا النُّورَ الَّذِى أُنْزِلَ مَعَهُ أُولئِکَ هُمُ الْمُفْلِحُونَ
"Beləliklə, ona iman gətirən, ehtiram göstərən, kömək edən və onunla nazil olan nura (onun kitabına) tabe olanlar həmin nicat tapanlardır!"
"Təğabun" surəsinin 8-ci ayəsində oxuyuruq:
فَآمِنُوا بِاللّهِ وَ رَسُولِهِ وَ النُّورِ الَّذِى أَنْزَلْنا
"Allaha, Onun Rəsuluna və nazil etdiyimiz nura iman gətirin!"
Həmçinin, digər ayələri buna misal çəkmək olar. "Nur" sözünün Quranda Peyğəmbər (s) haqqında işlənməsi gözə çarpmır. Bundan əlavə, sonrakı ayədə "bihi" əvəzliyinin müfrəd (tək) olması da bu məsələni təsdiq edir ki, "nur" və "kitabun mubin" hər ikisi bir mənada işlənmişdir. Əlbəttə, müxtəlif hədislərdə "nur" kəlməsinin Əmirəl-möminin Əli (ə) və yaxud bütün imamlar (ə) kimi təfsir olunduğunu görürük. (1) Aydın məsələdir ki, bu təfsir ayələrin batini mənalarını açıqlamaq baxımındandır. Quranın zahiri mənadan başqa, batini mənası da var. Bu batini mənalara "Quranın batinləri" deyilir. Qeyd edilənlərdən bu təfsirlərin Quranın batini mənalarına aid təfsirlər olması aydın olur. Dəlilimiz həmin dövrdə imamların (ə) hələ dünyaya gəlməməsidir və bu səbəbdən əhli-kitab onlara iman gətirmək üçün dəvət oluna bilməzdi. (2)

Şərh qeydə alınmayıb