Qısa cavab:
Ətraflı cavab:
"İsra" surəsinin 82-ci ayəsində oxuyuruq:
وَ نُنَزِّلُ مِنَ الْقُرْآنِ ما هُوَ شِفاءٌ وَ رَحْمَةٌ لِلْمُؤْمِنِینَ وَ لایَزِیدُ الظّالِمِینَ إِلاّ خَساراً
"Biz, Quranda möminlər üçün şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara ziyandan başqa, bir şey artırmır."
Təkcə bu ayədə deyil, Quranın digər ayələrində də oxuyuruq ki, haqq düşmənləri öz qəlblərini ilahi ayələrin nuru ilə nurlandırmaq, zülmətləri dəf etmək əvəzinə öz cahillik və inadkarlıqları üzərinə cahillik əlavə edirlər.
Bu, onların varlıqlarının küfr, zülm və nifaq nəticəsində tamamilə dəyişib başqa bir şəklə düşdüyünə dəlildir. Onlar harada haqqın nurunu görsələr, onunla mübarizəyə qalxırlar. Haqqa qarşı bu mübarizə və düşmənçilik onların çirkinliyini artırır, tüğyan və təkəbbür dolu ruhiyyələrini daha da gücləndirir.
Kolorili bir qidanı mücahid bir alim və mübariz ziyalıya verəriksə, ondan haqq yolunda cihad, habelə təlim-tərbiyə üçün kifayət qədər enerji alar. Lakin həmin qidanı zorakı bir zalıma versək, onun enerjisindən daha çox zülm etmək üçün istifadə edəcəkdir. Qidada fərq yoxdur. Fərq xarakterlərdə və təfəkkür-tərzindədir.
Quran ayələri məşhur məsələdə olduğu kimi, yağışın həyatverici damcıları kimidir. Bağlarda onunla lalələr, şoranlıqlarda isə kol-kos bitər.
Doğrudur, həmin dəlilə əsasən Qurandan nə isə öyrənmək üçün əvvəlcə onu qəbul etməyə hazır olmaq lazımdır. Necə deyərlər, səbəbin qabiliyyətindən əlavə nəticənin potensialı da şərtdir.
Buradan "nə üçün hidayət mənbəyi olan Quran bu fərdləri hidayət etmir?" sualına cavab tapmaq olar. Quran şübhəsiz, yolundan azmışların da hidayət mənbəyidir. Bu şərtlə ki, azmışlar hidayət axtarışında olsunlar. Bu minvalla Quranın dəvətinə sarı gəlsinlər, düşüncələrini haqqı dərk etmək üçün işə salsınlar. Amma haqqın inadkar və barışmaz düşmənləri tamamilə mənfi baxışla Qurana sarı gəldikdə, təbii ki, ondan heç nə öyrənməyəcəklər. Əksinə, inadkarlıq və küfrlərinə əlavə olunacaq, çünki haqsız əməlin təkrarı insanın ruhunda daha çox kök salır.

Şərh qeydə alınmayıb