Qısa cavab:
Ətraflı cavab:
Təfsir alimlərinin bir qrupu aşağıdakı ayədəki "muhdəs" sözü haqqında geniş bəhs açmışlar:
ما یَأْتِیهِمْ مِنْ ذِکْر مِنْ رَبِّهِمْ مُحْدَث إِلاَّ اسْتَمَعُوهُ وَ هُمْ یَلْعَبُونَ
"Rəblərindən onlara nə yeni öyüd-nəsihət (zikr) gəlirsə, ona (nəfsi istəkləri ilə) oynayan və əylənən halda qulaq asırlar." (1)
Təfsirçilər "muhdəs" sözü barədə Allah kəlamının hadis və ya qədim olması haqqında bəhs açmışlar. Həmin məsələ Abbasi xəlifələrinin dövründə uzun illər kəskin mübahisələrə səbəb olmuş, illərlə alimlərinin düşüncəsini özünə cəlb etmişdi. Amma bu gün aydın şəkildə həmin mövzunun daha çox siyasi xarakter daşıdıgı məlumdur. Bu yolla alimləri məşğul edib onları hökumət, insanların həyat tərzi və İslamın əsas həqiqətləri ilə əlaqədar köklü məsələlərdən yayındırırdılar. Bu gün bizə tamamilə aydındır ki, Allah kəlamı dedikdə əgər onun məzmunu nəzərdə tutulursa, o, qədimdir. Yəni, həmişə Allahın elmində olmuş və pərvərdigarın geniş elmi həmişə onu əhatə etmişdir. Əgər məqsəd Peyğəmbərə (s) nazil olmuş bu sözlər, bu cümlələr və bu vəhydirsə, şübhəsiz, hadisdir (sonradan yaradılan və məxluqdur). Hansı aqil insan deyə bilər ki, söz və kəlmələr əzəlidir? Yaxud, Peyğəmbərə (s) vəhyin nazil olması əvvəlcədən risalətin fərmanı olmamışdır?
Buna görə də, bəhsin harasından başlasaq, məsələ aydındır. Başqa sözlə, Quranın söz və mənaları var. Sözləri şübhəsiz ki, hadisdir. Mənası isə həqiqətən qədimdir. Beləliklə, mübahisəyə ehtiyac yoxdur.
Görəsən, bu bəhs hansı elmi, siyası, ictimai, əxlaqi problemləri həll edir? Nə üçün bəzi qədim alimlər hökmdarların kələkbaz hiylələrinə aldanmışlar? Tarixə nəzər salsaq, Əhli-beyt imamlarının (ə) bu haqda aydın izahlar verməklə yanaşı, təcrübi olaraq bu bəhslərdən insanları çəkindirdiyini başa düşə bilərik. (2)

Şərh qeydə alınmayıb