Qısa cavab:
Ətraflı cavab:
İmam Əli (ə) “Nəhcül-bəlağə”nin 18-ci xütbəsinin bir qismini Quranın vəsfinə həsr edərək, Quranın əhəmiyyəti barədə canlı həqiqətlərə beş qısa və zəngin anlamlı cümlə ilə aydınlıq gətirir və buyurur: “Quranın zahiri son dərəcə gözəl və heyrətamizdir.”
وَ اِنَّ الْقُرآنَ ظاهِرُهُ اَنیق (1)
Bu cümlə, Quranın fəsahət və bəlağətinə işarə edir. Sözləri dəqiqliklə düzülmüş, ibarələri son dərəcə hesablı, ayələrinin ahəngi o qədər özünəməxsus şəkildədir ki, insan onu oxuyarkən, təkrar edərkən əsla yorulmur. Sözümüzə bir çox şahid göstərmək olar, lakin bu geniş dəryaya dalmaq bizi məqsədimizdən uzaqlaşdırar. (2)
İkinci vəsfi barədə buyurur: “Onun batini dərindir”.
وَ باطِنُهُ عَمیق
Zahiri gözəllikləri dilə gətirmək, adətən, insanı məna dərinliyindən uzaqlaşdırır. Eləcə də, dərin mənaya varmaq, başqa sözlə desək, mənanın haqqını vermək, insanı gözəl sözlər seçməkdə əl-qolunu bağlayır. Hər ikisini bir yerə toplamaq üçün nəhayət qüdrətə ehtiyac duyulur. Mənanın haqqı tam şəkildə ödəndiyi halda son dərəcə gözəl və cazibədar söz qəlibində qərarlaşması danılmaz bir həqiqətdir ki, insan Quranda açıq-aşkar bunun şahidi olur. Müşahidə edir ki, onun zahiri fövqəladə gözəl, ruh oxşayan, cazibədar və qəlbəyatan, batini isə fövqəladə dərin və son dərəcə möhtəvalıdır.
Quranın dərinliyi elə bir şəkildədir ki, ən güclü düşüncələr onu anlamağa sərf edilərsə, yenə sonu görünməyəcək. Niyə də belə olmasın?! Bir halda ki, onun əsli ilahi vəhy və pak zatı sonsuz olan Allahın kəlamıdır. Bu zəmində Quranın fərqli-fərqli surələrində müxtəlif nümunələr mövcuddur ki, imam Əlinin (ə) iki cümlədə buyurduğunu insan üçün aşkar və hiss olunan edir. (3)
Üçüncü və dördüncü vəsfləri haqqında buyurur: “(Quranın) heyranediciliyi heç vaxt fənaya uğramayacaq, gizli sirləri sonlanmayacaq”.
لاتَفْنى عَجائِبُهُ، وَ لا تَنْقَضِى غَرائِبُهُ
İki cümlənin fərqi bunda ola bilər ki, birinci cümlə (heyranediciliyi fənaya uğramayacaq) Quranın gözəllik, heyranedicilik və qabarıq həqiqətlərinin davamlı və əbədi olmasına işarədir. Çünki öz zamanlarında son dərəcə heyrətamiz və cəlbedici olan bir çox kitabların adını çəkmək olar ki, zaman keçdikcə köhnəlmiş və heyrətamizlikləri rəngini itirmişdir. Amma Quran əsla belə bir kitab deyil. Ona görə ki, Quran barədə məlumatlı şəxslər birmənalı olaraq onun mütaliəsindən, söz və mənalarının tədqiqatından daima ləzzət almışlar.
İkinci cümlə isə zaman keçdikcə, hər gün yeni sirri aşkarlanan Quranın gizli sirlərinə işarədir. (Yaddan çıxarmayaq ki, “ğəraib”, “ğərib” sözünün cəmidir. “Ğurub” isə vətəndən uzaqlaşmaq və ya gizli qalmaq mənasındadır. İkinci məna, Quranın gizli sirləri ilə daha mütənasibdir).
Beşinci və sonuncu səciyyəsini bəyan edərək buyurur: “Quranın nuru olmadan zülmət və qaranlıqlar kənarlaşmayacaq”.
وَ لا تُکْشَفُ الظُّلُماتُ اِلاّ بِهِ
Yalnız nadanlıq, küfr, imansızlıq və təqvasızlıq zülməti deyil, hətta həyatın ictimai-siyasi və iqtisadi sahələrindəki zülmətlər də Quran təlimləri olmadan ortadan qalxmayacaq.
Bu gün, sənaye baxımdan dünyanın görünməmiş inkişafına rəğmən, qaranlıqlar bəşər ictimaiyyəti üzərinə nəhs kölgəsini salmışdır; müharibə, qantökmə, zülm, ədalətsizlik, yoxsulluq, bədbəxtlik və ən əhəmiyyətlisi daxili narahatlıqlar hər yeri bürümüşdür. Bütün bunlar iman və təqva zəifliyinin, əxlaqi və mənəvi çatışmazlıqların birbaşa nəticələridir ki, onları müalicənin ən ideal variantı Qurana sığınmaqdır.
Ən acınacaqlısı, Quranı buraxıb bəşərin naqis və güman həddində olan ideya və nəzərlərinə pənah aparmaqdır. Bəzi müsəlmanlar Qurandan uzaqlaşdıqlarına görə ona düçar olmuşlar. (4)

Şərh qeydə alınmayıb